Qaraşov Fərhad Arif oğlu 1986-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi  Münasibətlər fakültəsini bitirib. Həmin universitetdə Beynəlxalq Ticarət ixtisası üzrə magistr dərəcəsi alıb. Bakı Dövlət Universitetin Hüquq fakültəsi üzrə ikinci ali təhsil alıb. Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri” mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ingiltərədə Anglia Ruskin UniversitetininBusiness Administration ixtisası üzrə MBA dərəcəsi var. Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında başlayıb. Kapital Bankda rəhbər vəzifələrdə çalışıb. 2017-ci ilin sentyabr  ayının 22-də Azərbaycan  Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri seçilib.

Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 2003-cü ildə magistratura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC Xarici İqtisadi Əlaqələr şöbəsində başlamışdır, daha sonra bir sıra transmilli şirkətlər və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyində fəaliyyətini davam etdirmişdir. 2013-cü ildən Gilan FMCG Group şirkətində ixracat departamentinin rəisi işləmişdir.

Şahin Həsənli 2008-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyatının tənzimlənməsi fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirmişdir. 2011- 2017-ci illər arasında “Kapital Bank” ASC-nin kredit şöbəsində çalışmışdır.