Suvarma

Bağın salınması

Global G.A.P

Hazırda bağlarda məhsuldarlığın artırılması üçün intensiv bağçılıq üsulu tətbiq edilir. İntensiv bağçılıq məhdud torpaq sahəsində maksimum məhsulun əldə olunmasına şərait yaradır. Aqronom məsləhətlərinə əsaslanaraq intensiv bağçılıqda əsas xüsusiyyət kimi sıx əkin, alçaq ağaclar, suvarmadan düzgün istifadə, düzgün aqrotexniki qulluğu misal göstərmək olar. Əkin məsafəsi cərgəarası 5 m və cərgədə bitkiarası 2-2,5 m təşkil edir. Lakin ağacların inkişaf edərək sıxlaşmağa başladığı 5-10 yaşlarında cərgədə seyrəltmə aparmaq lazımdır. Bunun nəticəsində ilk əkin illərində nar bağlarının hər hektardan daha yüksək məhsul almaq olur. Narçılıqda texnoloji əməliyyatın rahat tətbiqi üçün sahə təmiz, səthi isə düz olmalıdır. Bu məqsədlə nar ağaclarının yetişdirilməsinə başlamazdan əvvəl ərazini yararlı hala salmaq lazımdır. Ərazinin çatışmayan cəhətləri ola bilər.Bununla əlaqədar olaraq ərazi yararlı hala salınmalı, meliorasiya tədbirləri görülməlidir. Seçilmiş ərazidə təbii halda kol bitkiləri, kötük, daş, dərə, təpə,yarğanlar, xəndəklər, quyular, habelə vaxtilə ərazidə tarla, bostan, tərəvəz bitkiləri becərilmiş ola bilər. Xam torpaqlarda və ya dincə qoyulmuş ərazidə də nar bağları yaratmaq olar. Ərazinin səthi düz olmadıqda su toplanır, qrunt sularının səviyyəsi qalxır, havasızlıq əmələ gəlir. Ərazidən artıq suyun kənara çıxması üçün sahə alaq otlarından təmizlənir, arxlar, drenajlar çəkilir, su gölə, çaya axıdılır. İntensiv yağışların müşahidə olunduğu hallarda, yağıntının nar ağaclarının gövdələrində qalmaması üçün, cərgələr arası torpaq səthi kotan vasitəsi ilə qazılaraq, torpaq yan tərəflərə doğru yönəldilir. Bataqlıqlar qurudulduqdan sonra torpaqda mikroorqanizimlərin fəaliyyəti yüksəlir, üzvi maddələr minerallaşır.*