Kənd təsərrüfatı mütəxəssislərinin rəylərinə görə, nar bağlarının suvarılması bitkinin ehtiyacından asılı olaraq aparılmalıdır. Suvarma zamanı bitkinin yaşı, məhsuldarlığı, temperatur və rütubət amili, torpağın tipi diqqət mərkəzində saxlanılmalıdır.

Damcılı suvarma üsulu - Suvarma suyunun fasiləsiz olaraq kiçik su səryyatı ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə tələb olunan miqdarda bilavasitə bitkinin kök sisteminə verilməsindən ibarətdir. Damcılı suvarma üsulu vasitəsi ilə gübrələrin verilməsi həyata keçirilir. Bu üsul gübrələrin bitkinin kök sisteminə verilməsini təmin edir. Damcılı suvarma üsulu suvarma suyuna 2-5 dəfə, 1.5 - 2.5 dəfə elektrik enerjisinə, gübrələrin suvarma suyu ilə lokal şəkildə verilməsi baxımından 20-50% gübrəyə qənaet edir. Bu üsul ilə suvarmada məhsulun keyyyətini yaxşılaşdırılması ilə bərabər, onun istehsalı da 20-50% artır.

Damcılı suvarma sistemləri suqəbuledici, ltrasiya stansiyaları, magistral boru kəmərləri, paylayıcı boru kəmərləri və nəhayət su buraxıcıdan (sulayıcı borular üzərində qurulan damcıladıcılardan) ibarətdir. Mürəkkəb relyei ərazilərdə damcılı suvarma üsulunun tətbiqi sonrakı mərhələlərdə ağaclara keyyyətli qulluq göstərilməsinə imkan verir. Bu, həm də suvarma suyundan mövsümdən asılı olmayaraq, mütəmadi və qənaətlə istifadəyə şərait yaradır.

Müasir damcılı suvarma sistemləri elektron idarəetmə vasitəsi ilə tənzimlənir. Damcılı suvarma üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Damcılı suvarma üsulu maili ərazilərdə eroziyaya səbəb olmadan suvarılmasını, suvarmanın aparılmasında küləyin təsirlərindən qorunmasını, qrunt sularının səviyyəsinin dəyişməz qalmasını, təkrar şoranlaşmanın qarşısının alınmasını və suvarmanın bitkilər arasında bərabər paylanılmasını təmin edir. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi kapilyar rütubət tutumluluğu səviyyəsində daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır.

Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatlar əmələ gəlməyəcək və torpağın strukturu dağıntıya məruz qalmayacaq. Damcılı suvarma zamanı torpağın temperaturu digər suvarma növləri ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyacaq və erkən məhsul yığmağa imkan verəcək. Sahəcə böyük nar bağlarında ərazinin sulanması zamanı tenziometrlərdən istifadə olunur. Tenziometr torpaq rütubətliyini təyin edən cihazdır. Bu cihaz GSM şəbəkəsi vasitəsi ilə məlumatı məlumat bazasına ötürür.