Soyuducu anbarda saxlama

Aqrotexniki qulluq

Nar yetişdirilməsində diqqət olunacaq məqamlardan biri da aqrotexniki qulluqdur. Belə ki, salınacaq bağın torpaq analizi aparılmalı, torpağın “PH” səviyyəsinə diqqət edilməlidir. Qrunt sularının vəziyyəti öyrənilməli, drenaj sistemləri qurulmalı və təmizlənilməlidir. Ağac əkilmə zamanı ara və sıra cərgələrinin simmetriyasına xüsusi önəm verilməlidir. Nar bağlarında zərərverici və xəstəliklərin qarşısın alınmasında bağın alaq otlarından təmizliyi mühüm rol oynayır. Bunun üçün mexaniki vasitələrdən və pestisidlərdən istifadə olunur. Yazqabağı cərgəarası torpaqlarda yumşaldıcı qoşqular vasitəsiləyumşaltma aparılmalı və meyvə mövsümünə qədər cərgəarası otlarla mübarizə aparılmalıdır. Qış ayında ağaclarda şəkil budaması, mövsüm boyunca isə yaşıl budama aparılmalıdır. Bütün bunlar məhsuldarlığın artımında və sağlam məhsul yetişdirilməsi üçün önəmli faktorlardır.