Məhsul yığımı

Soyuducu anbarda saxlama

Aqrotexniki qulluq

 


Yetişdirilmiş məhsulların alıcıya keyfiyyətli və sağlam çatdırılmasında soyuducu anbarların rolu böyükdür. Belə ki, nar meyvəsinin saxlanılması üçün iki növ soyuducu anbarlardan istifadə olunur. Bunlardan biri “Sadə atmosfer Soyuducu anbar” (“Sa”) və digər isə “İdarə Olunan atmosfer Soyuducu anbar”-dır (“IOAS”). Məhsul “Sa” sistemli soyuducu anbarlarda 2-3 ay, “IOAS” sistemli soyuducu anbarlarda isə 5-6 ay saxlamaq mümkün olur. Məhsulun soyuducu anbarlarda müxtəlif göbələk xəstəliklərinə məruz qalmaması üçün məhsul dərimindən əvvəl funqisidlərdən istifadə olunmalı, çeşidləmə zamanı məhsul funqisid tərkibli maddələrlə yuyulmalı və sonra qurudularaq anbarlara yığılmalıdır. Nar məhsulu etilen qazı ixrac etdiyinə görə bu qazın təsirindən yaranacaq fəsadlardan qorunmaq üçün etilen filterlərindən istifadə olunmalı və yaxud soyuducularda havalandırma sistemləri qurulmalıdır. Nar məhsulunun anbarda saxlanılması üçün ideal nəmlik dərəcəsi 95 %-dır. Bu nəmlik dərəcəsində saxlanılan narların qabığında quruma prosesləri baş vermir, məhsul təravətini saxlayır. “IOAS” sistemli soyuducu anbarlarda oksigen və karbon qazları idarə olunduğundan məhsul yarıyatmış vəziyyətə salınır ki, bu da öz növbəsində narda gedən fizioloji prosesləri ləngidir.Bunun sayəsində məhsul anbarlarda daha uzun müddət saxlanılır. Həmçinin məhsul yığılan qutular plastmasdan olması daha yaxşı avantajlar yaradır. Belə ki, taxta taralar tərkibindəki nəmliyi ixrac edərək anbarlarda nəmliyi artırır, kardon taralar isə nəm çəkərək məhsulların əzilməsinə səbəb olur. Havalandırma və düzülüşə ciddi fikir verilməlidir.

Belə ki məhsul soyuducu ventilyatorlardan ən azı bir metr aşağı yığılmalı, içəridə yükləyicələrin rahat hərəkəti üçün məsafə olmalıdır. Verilən temperaturun daim eyni qalması üçün anbarların işiq generatorları ilə təhcizatı vacib şərtlərdən biridir. Temperaturun  +5 və +7 dərəcə arasında olması məsləhətdir