Gübrələmə

Dərmanlama

Azərbaycanda Hampur Güvəsinə Qarşı Mübarizənin Aparılması

Zərərvericinin inkişaf dövrü

Həşərat 25-30 gün ərzində yumurtadan çıxaraq yetkin fərdə çevrilir. Zərərvericinin kütləvi şəkildə ziyan vurduğu bağlarda meyvənin təxminən 80 faizi satışa yararlı olmur, çünki meyvə həm birbaşa olaraq, həm də həşəratın açdığı dəlikdən meyvəyə daxil olan ikinci dərəcəli göbələk və bakterial orqanizmlərin təsiri altında zədələnir.
Yumurtadan çıxan sürfələr bundan sonra ikinci və ya üçüncü inkişaf mərhələsində meyvəni içəridən yeyərək zədələyir. Bu sürfə özünə xas olan açıq qırmızı rəngi ilə digər sürfələrdən seçilir. Havanın temperaturu qalxdıqca sürfələr və puplar inkişaf edərək yetkin fərdə (güvəyə) çevrilir və ikinci nəslin təsərrüfatlara ziyan vurması ilə nəticələnir.      Hampur güvəsi (Ectomyetois ceratoniae) Əfqanıstanda, İraqda, İranda və  Azərbaycanda nar meyvəsini zədələyən ən ciddi zərərvericilərdən biridir. Bu həşərat həmçinin digər məhsulları, məsələn: xurmanı, ənciri, püstəni, badamı və sitrus meyvələrini yoluxduraraq zədələyir. Məkandan asılı olaraq ildə 3-5 nəsil verən bu güvənin sürfəsi məhsula ziyan vurur. Birinci nəslin məhsula vurduğu ziyan dişi fərdin çiçək erkəkciyinə yumurta qoyması ilə başlayır. Bu zaman həşərat kasacığının dibində dəlik açaraq meyvəyə daxil olur və meyvə əksər hallarda ikinci dərəcəli göbələk infeksiyasından sonra öz rəngini itirməyə başlayır.


SONY DSC SONY DSC SONY DSCSONY DSC


Ənənəvi Mübarizə Üsulları

Hampur güvəsinə qarşı görülən ən mühüm və ümumi mübarizə tədbiri meyvə bağının qışlayan həşəratlardan təmizlənməsidir, çünki yoluxmanın əsas mənbəyi ağacda qalmış meyvələrdə və ya torpağın səthində qışlayan həşəratlardır. Ona görə də məhsul yığımından sonra ağacları və ya torpağı yoluxmuş meyvələrdən təmizləmək, onları plastik kisələrə yığaraq basdırmaq lazımdır. Bəzi istehsal bölgələrində fəaliyyət göstərən fermerlər kasacıqdakı çiçəyin zədələnmiş köhnə hissələrini qoparır və bununla da sonrakı nəslin mövsüm ərzində yumurta qoyması üçün kifayət qədər yer saxlamır.

 

SONY DSC SONY DSC SONY DSCSONY DSC 


Hampur Güvəsinə Nəzarətin Edilməsi  

İnsektisidlərin bütün mövsüm boyu səpilməsi ekoloji və ya iqtisadi baxımdan səmərəli olmur. Meyvə bağında feromon tələləri quraraq dərmanın səpilmə vaxtını qabaqcadan müəyyən etmək, eləcə də erkək fərdlərin yaranmasına və uçmasına nəzarət etmək olar. Bu tələlərdən dişi fərdin cütləşmək üçün buraxdığı iy gəlir. Həmin qoxu insanlar tərəfindən hiss edilməsə də, istənilən mühitdə dişi fərdi tapmaqda erkək fərdə kömək edir. Erkək fərd ümumiyyətlə dişi fərd yarandıqdan əvvəl, sonra və ya həmin müddətdə ortaya çıxır. Ona görə də dişi fərdlər bağda uçmağa başladıqda erkək fərdlər həmişə ətrafda olur. Bu məqsəd üçün istifadə edilən feromon tələlərə içərisində yapışqanlı kart və ya rezin ampula olan, üçbucaqlı kağız və ya plastik tələləri və ya peromon tərkibli aldadıcı yemləri aid etmək olar. Aldadıcı feromon yemlər çox həssas vasitələr hesab edilir, çünki feromon maddəsi uçucu olduğu üçün onları 4-5 həftədə bir dəfə dəyişdirmək, eləcə də günəş işığının birbaşa təsirindən və istidən qorumaq lazımdır. Sahədə istifadə edilməyən feromonların istifadə müddətini uzatmaq üçün onların soyuducuda və ya dondurucu aparatda saxlanılması məsləhət görülür.  Feromon tələləri hətta cüzi miqdarda nikotin də korlaya bilir, ona görə də tütün məhsullarından istifadə edən fermerlər bu tələlərə toxunmazdan qabaq əllərini yumalıdırlar.

Dərmanın Vurulması

Dərmanın vurulması vaxtı tələdən alınan məlumatlar əsasında müəyyən edilir, lakin ən effektiv mübarizə proqramı ilk erkək fərdin tələyə düşməsindən sonra 5-7 gün ərzində həşəratın birinci nəslinə qarşı dərmanın səpilməsindən ibarətdir. Bunun üçün yumurtadan çıxan sürfələrə və ya yetkin fərdlərə uzunmüddətli və effektiv təsir göstərən insektisidlərdən istifadə edin. Feromon tələlərinə düşən erkək fərdlərin sayı pik həddinə çatdıqda ikinci və sonrakı nəsillərə qarşı dərmanın vurulacağı vaxt təyin edilir.  Azərbaycanda Coragen® SC və ya EC kimi satılan xlorantraniliprole dərmanı Hampur güvəsinə qarşı mübarizə aparılmasında istifadə edilən ən davamlı məhsuldur, çünki bu dərman pulcuqlu qanadlılar fəsiləsinə aid olan həşəratların yumurtalarını və sürfələrini hədəfə alır, xeyirli həşəratlara və parazitlərə çox az dağıdıcı təsir göstərir.

Spinosad məhsulları, məsələn: Spintor® dərmanı İPM (Zərərvericilərə və Xəstəliklərə Qarşı Kompleks Mübarizə Tədbirləri) proqramı üçün yaxşı variant olsa da, bu dərmanlardan arıların fəal olduğu mərhələdə istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Əgər bu məhsulları əldə etmək mümkün deyilsə, Hampur güvəsinə qarşı mübarizədə istifadə edilən ənənəvi dərmanlardan, məsələn: KunFu® EC ticarət adı altında satılan bifentrindən  və ya Karate® EC kimi tanınan lambda sihalotrin insektisidlərindən istifadə etmək olar. Bundan savayı “Emamektin Benzaote” və “Bellis” kimi insektisidlərdən də istifadə etmək məqsədəuyğun hesab olunur.


Dərmanın Vurulması

Dərmanın vurulması vaxtı tələdən alınan məlumatlar əsasında müəyyən edilir, lakin ən effektiv mübarizə proqramı ilk erkək fərdin tələyə düşməsindən sonra 5-7 gün ərzində həşəratın birinci nəslinə qarşı dərmanın səpilməsindən ibarətdir. Bunun üçün yumurtadan çıxan sürfələrə və ya yetkin fərdlərə uzunmüddətli və effektiv təsir göstərən insektisidlərdən istifadə edin. Feromon tələlərinə düşən erkək fərdlərin sayı pik həddinə çatdıqda ikinci və sonrakı nəsillərə qarşı dərmanın vurulacağı vaxt təyin edilir.  Azərbaycanda Coragen® SC və ya EC kimi satılan xlorantraniliprole dərmanı Hampur güvəsinə qarşı mübarizə aparılmasında istifadə edilən ən davamlı məhsuldur, çünki bu dərman pulcuqlu qanadlılar fəsiləsinə aid olan həşəratların yumurtalarını və sürfələrini hədəfə alır, xeyirli həşəratlara və parazitlərə çox az dağıdıcı təsir göstərir.

Spinosad məhsulları, məsələn: Spintor® dərmanı İPM (Zərərvericilərə və Xəstəliklərə Qarşı Kompleks Mübarizə Tədbirləri) proqramı üçün yaxşı variant olsa da, bu dərmanlardan arıların fəal olduğu mərhələdə istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Əgər bu məhsulları əldə etmək mümkün deyilsə, Hampur güvəsinə qarşı mübarizədə istifadə edilən ənənəvi dərmanlardan, məsələn: KunFu® EC ticarət adı altında satılan bifentrindən  və ya Karate® EC kimi tanınan lambda sihalotrin insektisidlərindən istifadə etmək olar. Bundan savayı “Emamektin Benzaote” və “Bellis” kimi insektisidlərdən də istifadə etmək məqsədəuyğun hesab olunur.

Sirr deyil ki, yetişdirilən nar meyvəsinin zərərvericilərdən qorunmasında dərmanlama texnikasının rolu böyükdür. Əfsuslar olsun ki, dərmanlamanın düzgün aparılmaması məhsula ciddi zərər verir.

Azərbaycana gətirilən bir çox texnikalar nar baglarında istifadəyə uygun deyildir. Burda şəkillərdəki göstərilən dərman vuran aparat narçılıq üçün ideal uygunlaşdırlmışdır. Dərman vuran aparatın quruluşuna fikir versəz görərsiz ki, özəl kronşteyinlər vasitəsi ilə həm məməciklərin sayı artirılmış, həmdə məməciklər maksimal hündürlüyə qaldırılmışdır. Bu da öz növbəsində hündürdə yerləşən narların effektiv dərmanlanması üçün şərait yaradır.

Nar agaclarının hündürlüyünün ən maksimal 2.5 metr – 3 metr arası olmasını nəzərə alsaq bir çox dərman vuran aparatların motor zəifliyi bu hündürlüyə çatacaq təzyiqi yarada bilmir.

Dərman vurma zamanı traktorun sürətinin saatda 5 km olması məqsədə uygun sayılır. Təzyiq vurulan dərmandan asılı olaraq 15-20 bar olması məsləhətdir.

Bilindiyi kimi nara zərərvericilər ən çox tac hissəsindən təsir edir. Nar yetişdikcə təbii olaraq tacı yerə dogru sallanmaga başlayır. Dərman vurmanın təsirinin effektli olmagı məqsədi ilə aparatn aşagı hissəsinə quraşdırılan kronşteynlərə bərkidilmiş məməciklər dərmanı aşagıdan yuxarıya dogru püskürür.Bununda nəticəsində narın hərtərəfli müdafiəsi təmin olunur.

Nar bağlarında ən çox rast gəlinən problemlərdən biri də alaq otları ilə mübarizədir. Bu problem ən cox damcılı suvarma sistemləri qurulmuş bağlarda özünü göstərir. Aqaclar arasında cəkilən su şlanqları aqrotexniki qulluğun aparılmasına mane olur və buda öz növbəsində alaq otlarının sürətli inkşafına gətirib çıxarır. Bu otlar təmizlənmədiyi təqdirdə həşərat və zərərvericilər üçün münbit şərait yaranır. Zərərvericilər asanlıqla yer səthindən və təmizlənməyən alaq otlarından ağaclara keçir.

Bunun qarşısının alınması üçün alaq otlarına qarşı müxtəlif şirkətlərin istehsalı olan dərmanlardan istifadə olunması məsləhət görülür. Nəzəzrə alsaq ki, bu dərmanlar nar ağacına dəydiyi zaman onun qurumasına gətirib çıxara bilər, dərmanın vurulması üçün düzəldilmiş texnikanı nəzərinizə çatdırırıq.

Özəl kronşteyn vasitəsi ilə dərman püskürən tapança sayı dördə qaldırılmışdır ki, bu da öz növbəsində bir traktor və bir çən ekonomiya deməkdir. İki cərgəyə dərman vurma gücündə olan texnika dörd cərgə dərman vurmağa qadir hala gətirilmişdir. Dərman püskürən tapançaların uclarına özəl düzəldilmiş plastmas başlıqlar dərmanın ağaclara sıçramasının qarşısını alır və ancaq mübarizəsi aparılan bitkilərin məhv edilməsinə gətirib çıxarır.

Bu metod alaq otlarının yayilmasının qarşısını 20-25 gün müddətinə alır. Yaz-yay mövsümündə proçes üç dəfə təkrarlanarsa yuxarıda qeyd edilən problem tam aradan qalxmış olur.
Dərmanlama prosesində buraxılan səhvlərdən biri, dərmanı qutulardan bir başa dərman səpən aparatlara boşaldılmasıdır. Bunun nəticəsində dərman tam olaraq suya qatışmır və nəticədə ziyanvericilərə qarşı mübarizə effektsiz olur.
Aşagıda sizə dərman hazırlama prosesinin düzgün variantını göstərəcəyik. Dərmanlar maye və ya toz halında olmasından asılı olmayaraq bir başa çənə tökülməməlidir. 100 litr həcmində olan qablardan istifadə edilərək yarıya qədər su ilə doldurulur. Dərman hazırlayan şəxs dərmanı ehtiyatla qabdakı suya yaxınlaşdıraraq agzın açmalı və ora tökməlidir. Sonra bir neçə dəqiqə ərzində taxta parça ilə yaxşı yaxşı qarışdırmalıdır. Bu proses bitdiyi zaman çən yarıya kimi su ilə doldurulmalıdır. Bu zaman çənin daxilindəki qarışdırıcı avadanlıq daima işləməlidir. Sonra hazırlanmış maye çənə tökülməli və çən tamam doldurulmalıdır. Bundan sonra da çən on dəqiqə yerində qarışdırıcı avadanlıgın köməyi ilə tərkibindəki mayeni qarışdırmalıdır. Bu üsulla hazırlanmış dərman mayeləri effektiv şəkildə zərərvericilərin məhvinə səbəb olur. Qeyd: dərman məhlulunu hazırlayan şəxs rezin əlcək, ag1zlıq və xüsusi eynəklərdən istifadə edərək təhlükəsizlik qaydalarına tam riayət etməlidir