Nar yetişdirməsində üzvi və mineral gübrələr geniş istifadə olunur. Verilmə qaydasına görə gübrələr üç növə bölünür: torpaqaltı verilən gübrələr, yarpaqdan verilən  və damlama su sistemi ilə verilən gübrələr. 

Son zamanlar ölkəmizdə damlama su sistemləri geniş yayıldığından NPK tərkibli gübrələrdən geniş istifadə olunmağa başlanmışdır. Yaz-yay aylarında MPK tərkibli gübrələri yarpaqdan vermə daha məqsədəuyğundur.  Payız qış aylarında daha çox fosfor və kaliy qarışıqlı mineral gübrələrin torpağa verilməsi aparılır. Yaz aylarında azot tərkibli gübrələr verilir. Torpaqaltı verilən mineral gübrələr 50 % torpaqla həll olunduğuna görə onlarla bərabər üzvi gübrələrin da verilməsi məqsədəuyğun sayılır. 

Belə ki,  üzvi gübrələrin tərkibindəki mikroorqanizmlər torpaqda həll olunmamış halda, qalan mineral gübrələrin həll olunmasına gətirib çıxardır. Bağlarda gübrələməyə başlamazdan qabaq mütləq laboratoriya analizlərinin cavabları alınmalı və gübrələmə proqramı buna uyğun aparılmalıdır.