Global GAP. Bio məhsullar.Global GAP sertifikatı istehsalçı və ya ixracatçının məhsulu Avropa bazarına çıxarması üçün bir pasport vəzifəsini yerinə yetirir. Orqanik kənd təsərrüfatı aqrosənaye resurslarının (aqrotexnika, kimyəvi gübrələr, pestisidlər) geniş istifadəsinə arxalanan intensiv aqro-təsərrüfata alternativ olan kənd təsərrüfatı üsuludur. Belə kənd təsərrüfatı üsulları“orqanik”, “bioloji” və ya “ekoloji təmiz” adlanır; müvafiq standartların böyük əksəriyyətində bu məfhumlar sinonimlər kimi qəbul edilir. Global GAP standartları, istehlakçının tələb etdiyi təhlükəsizlik şərtlərini ödəyən standartlardır. Sertifikat aşağıdakı meyarlar ödənildiyi təqdirdə istehsalçıya verilir:

1.Məhsulun fiziki və kimyəvi baxımdan zərərli olmadığı,

2.İstehsal zamanı ətraf mühitə zərər verilmədiyi,

3.Qanuni şərtlərə uyğun olaraq istehsal edildiyi,

4.İstehsal prosesində iştirak edən işçilərin sağlamlıq və təhlükəsizliklərinin təmin edilməsi üçün bütün lazimi tədbirlərin görüldüyü təqdirdə.

Global GAP-ın əsas prinsiplərinə yüksək qida keyfiyyətinin təmin edilməsi, məhsuldarlığı yüksəldilməsi, ətraf mühitin qorunması, təbii resurslardan istifadənin optimizə edilməsi, ənənəvi kənd təsərrüfatı üsulları ilə mövcud ən yaxşı texnologiyanın birləşdirilməsi daxildir.

Orqanik kənd təsərrüfatı aqrosənaye resurslarının (aqrotexnika, kimyəvi gübrələr, pestisidlər) geniş istifadəsinə arxalanan intensiv aqro-təsərrüfata alternativ olan kənd təsərrüfatı üsuludur. Belə kənd təsərrüfatı üsulları “orqanik”, “bioloji” və ya “ekoloji təmiz” adlanır; müvafiq standartların böyük əksəriyyətində bu məfhumlar sinonimlər kimi qəbul edilir.

Orqanik kənd təsərrüfatı sistemləri torpaq məhsuldarlığını və şumu qoruyub saxlamaq, bitkiləri qidalandırmaq, həşəratları, alaq otlarını və digər ziyanvericiləri nəzarət altında saxlamaq üçün maksimal dərəcədə əkin dövriyyəsi, bitki qalıqları, heyvan peyini, paxlalar, yaşıl peyin, ferma orqanik tullantıları və ziyanvericilərlə bioloji mübarizə üsullarına arxalanır. Sözü gedən kənd təsərrüfatı üsulları təbii ehtiyatların təkrar istifadəsini dəstəkləyir, ekoloji tarazlığı sövq edir və biomüxtəlifliyi qoruyur. Orqanik kənd təsərrüfatında sintetik (kimyəvi) gübrələrdən, kanalizasiya şlamı və genetik mühəndislik üsullarından istifadəyə yol verilmir. Bir neçə şirkət orqanik nar və digər meyvələrin ixracına təşəbbüs göstərmişdir. Bu şirkətlər, həmçinin, orqanik şirələrin beynəlxalq standartlara cavab verən istehsalı və ixracı üçün müasir emal avadanlıqlarına malikdir. Bu rəqabət üstünlüyü dəyər zəncirində daha da irəliləyərək daha uzun saxlanma müddətinə malik orqanik konservləşdirilmiş ərzaq və məhsullar istehsal etməyə imkan verir.

Üzvi qidalar şərti qidadan daha təhlükəsiz və sağlamdır. Üzvi kənd təsərrüfatı rentabellilik baxımından bir sıra müsbət amilləri özündə birləşdirir. Üzvi kənd təsərrüfatı məhsulları istehsal edən fermer bahalı sintetik gübrə və pestisidlərdən istifadə etmir. Bundan əlavə, üzvi məhsulların bazar dəyəri yüksəkdir.

BIO sertifikatlaşdırması üzvi məhsulların (qida, kənd təsərrüfatı məhsulları və s.) istehsalçıları tərəfindən sertifikatların alınması prosesidir. BIO sertifikatlaşdırma normaları malların becərilməsi, istehsalı, emalı və qablaşdırılması üçün bir sıra standartlar təşkil edir. Standartlar 1980-ci ildə Beynəlxalq Üzvi Kənd Təsərrüfatı hərəkatları Federasiyası (IFOAM)tərəfindən hazırlanmış və təsdiq edilmişdir.

Bio sertikatı əldə etmək üçün aşağıdakı şərtləri yerinə yetirmək lazımdır:

1.Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi zamanı ən azı 3 il ərzində kimyəvi gübrələrdən istifadə edilməməlidir.

2.Geni dəyişdirilmiş məhsullarının istifadəsi qadağandır;

3.Pestisidlərin, herbisidlərin, insektisidlərin, funqisidlərin, azotlu və digər kimyəvi gübrələrin istifadəsi qadağandır;

4.Maqnezium, mikroelement, mineral kalium, peyin və ağır metallar tərkibli gübrələrin istifadəsi məhduddur;

5.Zərərvericilərlə mübarizə etmək üçün fiziki maneələr, işıq, ultrasəs, ultrabənövşəyi radiasiya və xüsusi istilik şəraitindən istifadə etmək lazımdır.