Çeşidləmə

Gübrələmə


Avropa və digər ölkələrin standartlarına uyğun nar meyvələrinin ixracında qarşıda duran problemlərdən biri də, narın yığımdan sonra çəki, rəng və ölçülərinə görə çeşidlənməsidir. Bu iri ticarət şəbəkələri  tərəfindən, qablaşdırmaya qoyulan tələblərlə yanaşı gəlir.

Çeşidləmə aqreqatları yarım avtomat və tam avtomat olmaqla, narların yuxarıda qeyd olunan növlərdə çeşidlənməsini aparır. Bu da öz növbəsində zədəli və standartlara uyğun olmayan narların istehlakçıya göndərilməsinin qarşısını alır. Bu qurğular çeşidləmə zamanı əl əməyinin istifadəsini azaltmaqla, çeşidlənmənin mahiyyətini azaldır. 

Narlar ölçü və çəkisinə görə çeşidləndiyindən sonrakı qablaşdırma və istehlakçıya göndərilmə mərhələsində də nar istehsalçılarına geniş imkanlar yaratmış olur. ANİİA olaraq tövsiyəmiz böyük bağlarda tezliklə bu aqreqatların tətbiqidir. Bu olarsa, ətraf bağlarında narların çeşidlənməsinə şərait yaranar, bu da öz növbəsində sahibkara əlavə qazanc mənbəyi ola bilər.