Son bir ildə Azərbaycan nar istehsalçıları və ixracatçılarının iştirak elədikləri sərgi və ixrac missiyaları, Azərbaycan narının ənənəvi bazarı sayılan Rusiya və digər keçmiş sovet respublikalarından əlavə,  Avropa, yaxın şərq və hətta şimalı Amerika ölkələrində geniş marağa səbəb olmuşdur. Bu da öz növbəsində Azərbaycan narının və ondan alınan məhsulların ixracı üçün geniş imkanlar açmışdır. Əfsuslar olsun ki, dad; ilə digər ölkələrdə yetişdirilən  narlardan qat-qat üstün olan Azərbaycan narı bu bazarlarda öz layiqli yerini tuta bilməmişdir. ANİİA olaraq buna səbəb problemlərin aradan qaldırılması üçün fəliyyətimizi davam etdirməkdəyik.

Belə problemlərdən ən başlıcası logistika sayıla bilər. Yuxarıda qeyd olunan ölkələrin qanunvericiliyi qida məhsullarının istehsalı, qablaşdırması, daşınması və saxlnılmasına ciddi tələblər qoyur.

Aşağda biz daşımaçılığa qoyulan tələb və standartlar barədə sizlərə məlumat verəcəyik:

70 kq-dan artıq yüklər, təhlükəsiz və dayanıqlı halda çatdırılmadan ötrü palletlənməlidirlər. Aşağıda sizə yüklərin palletləşdirilməsinin qaydaları barədə məlumat verəcəyik.

Palletlər.


 

– Taxta, plastmas, metal və yaxud bu materialların kombinasiyasından alınmış daşına bilən alçaq platformadır. Avtokar və domkrat vasitəsi ilə yerdən qaldırılaraq daşınmaq üçün nəzərdə tutulub.

– Pallet yükü yerdən 15 sm hündurlükdə saxlamaq üçündür.

 – Avropa üçün (Euro-size) pallet standartı: 120 sm- uzunluğu, 80 sm –eni, 15 sm – hündürlüyü. Palletə yükənəcək maksimal çəki 1 tondan artıq ola bilməz. Hündürlük isə 180 sm-dən (pallet qarışıq) artıq ola bilməz.


 

Pallet yüklənməsi.

– Pallet elə yüklənməlidir ki yük maksimal dayanıqlığını saxlasın. Yükləmə zamanı yeşiklər dəqiq olaraq bir-birinin üzərinə yığıldığı zaman, dayanıqlıq artar və yükün təhlükəsizliyi tam təmin olunur.

– Yüklərin palletə piramida halında yığılması məqsədə uyğun sayılmır. Belə yığım qaydası yüklərin  zədələnməsinə gətirib çıxara bilər.

 – Paddonun kənarına çıxan yeşiklər də  yükün zədələnməsinə gətirib çıxara bilər. Yükləmədə belə metoddan istifadə etmək məqbul sayılmır, belə olan halda yükün yuxarıdan aşağıya təzyiqi artır və bu da öz növbəsində yükün zədələnməsinə gətirib çıxarır.


NAR ŞİRƏLƏRİNİN QABLAŞDIRILMASI VƏ  ÇATDIRILMASI