Qida Təhlükəsizliyi Sertifikatı

Qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə verilən sənəddir.

Zəruri olan sənədlərin siyahısı:

1. Ərizə; 

2. Ərizəçi fiziki şəxs olduqda -şəxsiyyətini təsdiq edən sənədin surəti;

3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

4. Hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti;

5. Ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;

6. İdxal üçün mənşə sənədi, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi,  idxal ediləcək məhsula dair hesab-faktura (invoys), idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər;

7. İxrac üçün alqı-satqı müqaviləsi, ixrac olunan məhsulun növündən asılı olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərini əks etdirən digər sənədlər;

8. Dövlət rüsumunun ödənilməsi barədə sənəd;

Dövlət rüsumunun məbləği 

20 manat;

Müddət 

7 iş günü;

Qeydlər:

Qeyd 1. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, təqdim edilmiş nümunələrin ekspertizadan keçirilməsi zamanı, icazəni verən dövlət orqanı, zəruri hesab etdikdə konkret fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət etdikdə, icazə verən dövlət orqanı ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə tətbiq olunan müddətlər qeyd olunan müddətə daxil edilmir.

Qeyd 2. Məhsul partiyasının sertifikatlaşdırılması zamanı onun təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizası aparılır.

Qeyd 3. Məhsul partiyasının sertifikatlaşdırılması zamanı göstərilən xidmətlərin dəyəri yuxarıda qeyd olunan məbləğə aid deyil.