Fitosanitar sertifikatı


Sertifikatı Kənd Təsərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti verir.

Fitosanitar serifikatın alınması proseduru

Fitosanitar sertifikat bitki, meyvə, tərəvəz və onlardan hazırlanan mal partiyasına və ya yükə verilir. İxracatçı sertifikat almaq üçün Fitosanitar Nəzarət uzrə Dövlət Xidmətinə müraciət etməli və aşağıdakı tələb olunan sənədləri təqdim etməlidir:

✓ dovlət qeydiyyatı haqqında sənəd

✓ Dovlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 1 nəqliyyat vasitəsinə gorə nəzərdə tutulan 1 manat rüsumunun odənilməsinə dair qəbz

✓ bitki və bitkiçilik məhsullarının təsviri sənədi

Sənədlər təqdim edildikdən sonra məhsula fitosanitar karantin baxışı aparılır. İxrac olunan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yuklənmə yerində, hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir. Mallarda hər hansı uyğunsuzluq aşkarlanmadıqda daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, biri mal sahibinə verilir, digəri yerli Karantin Xidmətində qalır. Daxili karantin sertifikatının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfindən dərhal məhsulun respublikadan ixrac olunduğu sərhəd fitosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir. Mal sərhəd karantin xidmətinə gətirilərkən xidmət tərəfindən mala vizual karantin baxışı keçirilir və uyğunsuzluq olmadıqda xidmət tərəfindən 2 nusxədə hər nəqliyyat vahidinə sertifikat (Əlavə 1) verilir. Onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd fitosanitar nəzarəti məntəqəsində saxlanılır.

İxrac olunan yüklər sərhəddə fitosanitar nəzarəti məntəqəsində boşaldılmadan birbaşa xarici dövlətlərə göndərilərkən, bitki və bitkiçilik məhsulları mal partiyası formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yuklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 3 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, iki nüsxəsi isə ərizəciyə verilir. Ərizəçi yükü sərhədə çatdırdıqda, fitosanitar sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada üzərində, gömrük tələblərinə riayət etməklə, vizual fitosanitar karantin baxışı həyata kecirilərək yola salınmalıdır. Tranzit olunan bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisində dövriyyədə olduqda, hissələrə bölündukdə, digər yuklərə birləşdirildikdə və ya yenidən qablaşdırıldıqda Dövlət Xidməti tərəfindən gömrük tələblərinə riayət edilməklə muəyyən olunmuş qaydada fitosanitar karantin baxışı aparılır, lazım gəldikdə müvafiq fitosanitar tədbirləri həyata keçirilir və təkrar ixracat fitosanitar sertifikatı verilir. Təkrar ixracat fitosanitar sertifikatı 2 nüsxədən ibarət hazırlanır, bir nüsxəsi yük sahibinə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin müvafiq qurumunda saxlanılır.

Əlavə 1

Fitosanitar Nəzarət üzrə Dövlət Xidmətinin göstərdiyi xidmətlərin tarifləri

Xidmətlərin adıÖlçü vahidiTariflər
(AZN, ƏDV-siz)
1. Karantin   nəzarətində   olan   idxal   edilən   materiallara   fitosanitar   karantin baxışının keçirilməsi
Toxum materialları (bütün növlər), dərman bitkiləri1 ton0,10
Əkin materialları, rneyvələr, tərəvəzlər, dənli   və dənli paxlalı   bitkilər,   çay,   kofe,   kakao,   meyvə   quruları, ədviyyatlar və digər məhsullar, yemlik və digər  texniki yüklər, taralar1 ton0,03
Şəkər, un və şəkər, un məmulatları1 ton0,01
Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər1 ton0,03
Meşə materialları1 m30,01
Əl yükləri, baqaj100 kq-dan -1 tonadək0,10
2. Karantin nəzarətində olan bitki və bitki mənşəli məhsullardan götürülmüş nümunələrin karantin ekspertiza laboratoriyasında müayinəsi1 nümunə0.60-0.90
3. Bütün   növ   karantin   nəzarətində  olan   bitki  və  bitki   mənşəli   məhsullara fıtosanitar karantin xidməti üzrə müvafiq sənədlərin tərtib edilməsi
·         İdxal karantin icazəsi1 icazə3,00
·         Fitosanitar sertifikat

Bir poçt göndərişinəDəst0,20
Bir əl bağlamasına (sərnişinlər üçün)Dəst0,50
Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinəDəst1,00
4. Pestisidlərin,    bioloji    preparatların    və   aqrokimyəvi    maddələrin    sınağı, qeydiyyatı və ekspertizası
1 sənəd


Əlavə 2

İxrac üçün fitosanitar sertifikatın nümunəsi: