Oktyabrın 5-də ANİİA sədri Fərhad Qaraşov Daşkənd şəhərində Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının növbəti iclasında iştirak etmişdir. Daha sonra türk dünyasının iş adamları arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin vəzifəli hökumət rəsmiləri, sahibkarlar və biznesmenlərinin iştirakı ilə türkdilli dövlətlərin biznes və investisiya forumu keçirildi. Palatanın növbəti iclası oktyabr ayının 14-15-i Bakıda keçiriləcəkdir.