Bu gün Göyçay rayonunda Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun sədrliyi ilə "Narçılığın inkişafı: qarşıda duran vəzifələr" mövzusunda ümumrespublika narçılıq müşavirəsi keçirilmişdir. Tədbirdə nazir İnam Kərimov, Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, ANİİA sədri Fərhad Qaraşov öz çıxışlarında tinglərin sertifikasiyası, ixrac, aqrotexniki qulluq, subsidiyalar, dövlət- özəl sektorların əlaqəli fəaliyyətinə toxundular. Müşavirədə çıxış edən narçı fermerlər öz təcrübələri və problemlərindən danışdılar.