Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Fəxri Üzvlük institutunu təsis edib.
10.10.2019-cu il tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis
edilməsinin 3 illiyinə və Assosiasiyaya fəxri üzvlərin qəbul edilməsinə həsr edilmiş tədbir təşkil
edilmişdir. Tədbirin açılışında assosiasiyanın sədri Fərhad Qaraşov tədbir iştirakçılarına ANİİA-nın
yarandığı gündən bu günə kimi fəaliyyəti, həyata keçirdiyi təlimlər, sosial-mədəni tədbirlər haqqında
məlumat verdi. Daha sonra ANİİA-nın inkişafında mühüm rol oynamış, assosiasiyanın fəaliyyətinin
genişlənməsində zəhməti olan şəxslərə Təşəkkürnamə təqdim edilmiş, Azərbaycan narının dünya
miqyasında tanınmasına köməklik göstərən, incəsənət və ictimai fəaliyyət sahələrində nar
mədəniyyətini təbliğ edən şəxslər və təşkilatlar Assosiasiyanın fəxri üzvlüyünə qəbul edilmişdir.
Bundan sonra narçılığın inkişafında səmərəli fəaliyyət aparmış, kənd təsərrüfatının bu sahəsinə
qayğı göstərmiş, ANİİA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsində təşəbbüslə çıxış etmiş
şəxslər “Azərbaycan narı" döz nişanı ilə təltif edildi. Tədbirdə dövlət qulluqçuları, iş adamları, ictimai
fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri iştirak etdilər. Rəsmi və bədii hissədən ibarət olan
təqdimatın sonunda tədbir iştirakçılarına ziyafət verilmişdir.