Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti ölkəmizdə digər sektorlarda olduğu kimi qeyri-neft sektorunun inkişafına da xüsusi təkan verir.Xüsusilə, aqrar bölmənin inkişafına göstərilən diqqətin nəticəsində bu sahədə müxtəlif assosiasiyaların yaranması və fəaliyyətinin uğurlu inkişafı üçün əlverişli mühit formalaşdırılıb.  Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası da bu mühitdə formalaşan və artıq nəzərə çarpan uğurlara nail olmuş qurumlardan biridir.

Fəaliyyətimizə 2016-cı ildən start verərək, ölkəmizdə narçılığın inkişaf etdirilməsi, narın xarici bazarlara daha geniş həcmdə çıxarılması və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsi kimi məsələlərə öz töhfələrimizi verməyə başlamışıq. Bizim fəaliyyətimiz "Made in Azerbaijan" brendi altında istehsal edilən Azərbaycan məhsullarının artırılması, yerli məhsullarımızın vahid ölkə stendində nümayiş olunması, assosiasiyamıza üzv olan sahibkarlara köməklik  göstərilməsi, ixracatçılar üçün konsaltinq xidməti göstərilməsi kimi bu sahədə olduqca vacib işləri də əhatə edir.  

Xidmətlərimiz  aşağıdakılardan ibarətdir:

  • Yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiqi.
  • Yüksək keyfiyyətli şitilçiliklərin qurulması, nar tingilərinin patentləşdirilərək yerli təsərrüfatların təmin edilməsi və xarici bazarlara satılması
  • Damlama suvarma sistemlərinin geniş tətbiq edilməsi.
  • Ekoloji təmiz, yüksək keyfiyyətli texnikalar vasitəsi ilə aqrotexniki qulluğun aparılması.
  • Səmərəli gübrələmə tətbiqi ilə nar bağlarının organik gübrələmə metodlarına keçidi.
  • Zərərvericilərə qarşı təkmil mübarizə üçün maarifləndirmə işlərinin aparılması.
  • Nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması və qısa vaxtda tamamlanması.
  • Yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirici tədbirlərin görülməsi
  • İxrac üçün lazım olan sənədlərin və digər sertifikatların (Global GAP, Orqanik, Bio) alınmasında nar istehsalçılarına köməklik göstərilməsi
  • Logistika işlərində maarifləndirici tədbirlərin aparılması
  • Soyuducu anbarlarda məhsulun keyfiyyətli saxlanılması üçün maarrifləndirici işlərin aparılması və texniki dəstəyin göstərilməsi
  • İstehsal və emal sahələrində mütəxəssislərin bacarıq və biliklərinin artırılması üçün ixtisasartırma kurslarının və iş təcrübəsi mübadilələrinin aparılması
  • Yerli və xarici bazarların daimi keyfiyyətli məhsul təchizatı üçün kooperativlərin yaradılması və Azərbaycan narı brendi yaradılaraq vahid brend altında məhsulların satışının həyata keçirilməsi